Portuqaliyada koronavirusa yoluxanların sayı artıb

Portuqaliyada son sutkada daha 553 nəfərə COVID-19 diaqnozu qoyulub.
 
Operativ.tv xəbər verir ki, məlumatı Portuqaliya Səhiyyə Nazirliyi yayıb.
 
Bildirilib ki, son sutkada pandemiyadan 9 pasiyent ölüb. Bununla da ölənlərin ümumi sayı 1 114-ə, yoluxanların sayı isə 27 268-ə çatıb. Son sutkada sağalan pasiyentlərin sayı 164 nəfər olub. Virusdan sağalanların ümumi sayı 2 422-yə çatıb.
 
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi mayın 4-də ləğv olunub, əvəzində yumşaldılan karantin rejimi tətbiq edilib.
 
Portuqaliya İspaniya ilə quru sərhədini mayın 15-dək bağlı saxlayacaq.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.