Putin: “Aleksey Navalnı özü özünü zəhərləyib”

Fransanın "Le Monde” qəzeti Vladimir Putin və Emmanuel Makron aarasındakı söhbətin bəzi detallarını dərc edib. 
 
Qəzet gizli saxladığı mənbəyə istinadən xəbər verir ki, Rusiya prezidenti fransalı həmkarına Aleksey Navalnının özü özünü zəhərləmiş ola biləcəyini deyib. 
 
A.Navalnı "İnstaqram” hesabında buna belə münasibət bildirib: "Maraqlı versiyadır. Hesab edirəm ki, ciddi şəkildə araşdırmağa dəyər. Mən "Noviçok"u mətbəxdə bişirmişdim. Tomsk xəstəxanasında ölüb morqa göndərilmək və ölüm səbəbinin "kifayət qədər yaşamışdı" göstərilməsinə nail olmaq mənim əsas məqsədim idi, amma Putin məni uddu. Ona kəf gəlmək elə də asan iş deyil”.