Putin MDB ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin bu gün MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək.

TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş video konfrans formatında baş tutacaq. Görüşdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcək.

Xüsusi xidmət orqanlarının rəhbərləri Birliyə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşündə iştirak etmək üçün Moskvaya gələcəklər.