Putinlə Tramp koronavirus və nefti müzakirə etdi

30 martda Rusiya və ABŞ Prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında uzun müddətli telefon danışığı baş tutub.

Operativ.tv “Lenta.ru”ya istinadən xəbər verir ki, liderlər dünyada koronavirusun yayılması ilə bağlı yaranan problemlər və ölkələrində görülən tədbirlər haqqında məlumat mübadiləsi aparıblar.

Bundan əlavə, Putin və Tramp, qlobal neft bazarının vəziyyətini müzakirə ediblər və iki ölkənin Energetika nazirləri arasında ikitərəfli konsultasiyalar barədə razılığa gəliblər.