"Qarabağ" yeni reytinq siyahısında 11 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq siyahısını açıqlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, 301 klubun yer aldığı siyahıda təkcə "Qarabağ" yer alıb. Ağdam klubu əvvəlki reytinqlə müqayisədə 11 pillə irəliləyib və 145,5 xalla 78-ci olub.

Ötən ay 234-cü olan “Neftçi” isə reytinqdə ciddi eniş yaşayaraq, bu dəfə 301 klubun yer aldığı siyahıya düşə bilməyib.

Sıralamaya 304 xalla "Palmeyras" (Braziliya) rəhbərlik edir. 291 xalı olan "Liverpul" 2-cidir. "Flamenqo" (Braziliya" eyni xalla 3-cü pillədə yer alıb.