Qarabağda öldürülən erməni hərbçilərin valideynləri etiraz edir

44 günlük müharibə zamanı Qarabağda öldürülən qanunsuz erməni hərbi birləşmələrinin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında növbəti dəfə etiraz aksiyası keçirirlər. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, valideynlər həm müdafiə naziri, həm də onun müavini ilə görüş tələb edirlər. 

Onlar bildirib ki, oğullarının hansı şəraitdə öldürüldüyü üzə çıxarılmalı və günahkarlar cavab verməlidir.

"Axşama qədər burada qalacağıq. Hazırda tələblərimizdən biri həm də nazir və nazir müavini ilə görüşdür", - etirazçılar deyib.