Qazaxıstan Avrasiya İqtisadi İttifaqı ilə bağlı şayiələri təkzib etdi

Az.shafaqna.com RİA-y istinadən xəbər verir ki, Qazaxıstanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağına dair yayılan şayiələr həqiqətə uyğun deyil.

Bu barədə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin dəstəyi ilə yaradılmış “stopfake.kz” saytında bildirilib.

Qeyd edilib ki, “Telegram”-da Qazaxıstanın Aİİ Gömrük İttifaqından çıxmağa hazırlaşması barədə xəbərlər yayılır və səbəb kimi də “Qazaxıstan və Rusiya arasında həll edilməmiş fikir ayrılıqları” göstərilir.

Bu, həqiqət deyil. Bu xəbəri Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi təkzib edib“, – deyə bildirilib.

Sözügedən şayiənin Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) tərəfindən də təkzib edildiyi əlavə edilib.

Həmçinin qeyd edək ki, yayılan xəbərdə Qazaxıstanın Aİİ-dən çıxmağı planlaşdırdığını iddia edən müəllif bəzi şəxsi mənbələrinə istinad edir. Bu, feykin (saxtalığın) əlamətlərindən biridir, çünki mənbəni tapmaq və onu yoxlamaq praktiki olaraq qeyri-mümkündür“, – deyə vurğulanıb.

Deyilir ki, rəsmi portallardan və KİV-də “Qazaxıstanın Aİİ-dən çıxmaq istəməsinə planına dair” məlumatlar yoxdur.

Xatırladaq ki, Aİİ-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.