Qazaxıstanda karantin rejimi uzadıldı

Qazaxıstan koronavirusa qarşı mübarizə məqsədi ilə məhdudlaşdırıcı tədbirləri avqustun 2-dək uzadıb.

Bunu ölkənin Baş naziri Askar Mamin deyib. 

Onun sözlərinə görə, Qazaxıstanda yoluxma hallarının sayı sabitləşir, ancaq Səhiyyə Nazirliyi epidemioloji şəraiti daha da yaxşılaşdırmaq üçün məhdudlaşdırıcı tədbirlərin tətbiqi müddətinin uzadılmasını təklif edib: “Qərar gəldik ki, respublika üzrə bu tədbiri daha 2 həftə, iyulun 20-dən avqustun 2-dək uzadaq”.

Qeyd edək ki, indiyə qədər Qazaxıstanda 61,7 mindən çox insan COVID-19-a yoluxub, 35,9 min pasiyent sağalıb, 396 nəfər isə ölüb.