Qırğızıstan Baş Naziri istefa verdi

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş Nazir Kubatbek Boronovu istefaya göndərib.

Bu barədə Qırğızıstan Prezidentinin Mətbuat xidməti açıqlama yayıb.

Boronovun yeni hökumət qurulana qədər vəzifələrini yerinə yetirməyə davam edəcəyi qeyd edilib.

“Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov sərəncamına görə Qırğızıstan Respublikasının Baş Naziri Kubatbek Boronovun istefası qəbul edilib”,- deyə Prezidentin Mətbuat xidmətinin açıqlamasında bildirilib.