Qırğızıstan parlamentinin spikeri istefa verib

Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədri Talant Mamıtov istefa verib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, parlamentin mətbuat xidməti spikerin bu gün keçirilən iclasda istefasını elan etdiyi barədə məlumat yayıb.

T. Mamıtov öz istəyi ilə istefa verdiyini bildirsə də, səbəbi açıqlamayıb.