Qırğızıstan Prezidenti istefa verdi

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.

 

Məlumatı “24.kg” yayıb.

 

Bildirilib ki, prezident istefasını parlament tərəfindən namizədliyi oktyabrın 14-də təsdiqlənən yeni baş nazir Sadır Japarova ilə müzakirə edib. Müzakirədən sonra Jeenbekov bu gün istefa verib.

 

Qeyd edək ki, Sooronbay Jeenbekov 2017-ci il noyabrın 24-də seçilmişdi.