Qırmızı dənizdə İranın yük gəmisinə hücumun qarşısı alınıb

İran Qırmızı dənizdə yük gəmisinə hücumun qarşısını aldığını bildirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Ordusunun Dəniz Qüvvələri məlumat verib.

Bildirilib ki, Qırmızı dənizdə bir neçə qayıqdan İranın yük gəmisinə hücum edilib.

Yaxınlıqda olan İranın Camaran hərbi gəmisi zamanında müdaxilə edib və hücum edən qayıqlar uzaqlaşıblar.

Qeyd edək ki, son illərdə Fars Körfəzi, Oman dənizi və Qırmızı dənizdə İranın gəmilərinə, Səudiyyə Ərəbistanın, Britaniya və İsrail gəmilərinə hücumlar qeydə alınıb.