Qış Olimpiya Oyunlarında peyvənd olunmayan idmançılar 21 gün karantinə alınacaq

Pekində keçiriləcək 2022-ci il Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar peyvənd olunmadığı təqdirdə 21 gün müddətinə karantinə alınacaq.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin olimpiada ilə bağlı sanitar qaydalarında deyilir.

Qeyd olunur ki, idmançılar Olimpiya oyunlarının başlamasına azı 14 gün qalmış peyvənd olunmalıdır.

Atletlər, həmçinin Çinə gəlməzdən əvvəl və Pekin hava limanında koronavirus testi verməli olacaq.

Qeyd edək ki, Pekində 24-cü Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.