QMİ-nin bu səlahiyyətləri əlindən alına bilər

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər.

“Az.shafaqna.com” xəbər verir ki, bu haqda ölkə mediası yazıb. Media bu fikri “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə izah edir.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sabah keçirilən iclasında müzakirə edilməsi nəzərdə tutulur.