Əqsa məscidində İsrail qüvvələriylə fələstinlilər arasında növbəti dəfə toqquşma baş verdi (VİDEO)

İsrail qüvvələri bu gün əl-Əqsa məscid kompleksində yerləşən Qiblə məscidinin qapılarını sındıraraq içəri daxil olub. 

SalamNews Fələstin mediasına istinadən xəbər verir ki, İsrail qüvvələri ilə əl-Əqsa məscidində olan fələstinlilər arasında yenidən toqquşma baş verib.

Toqquşmalar, İsrail qüvvələrinin, məscid kompleksi ərazisinə daxil olan yəhudiləri müşayiət edən zaman baş verib.

Məlumata görə fələstinlilər buna icazə verməyəcəklərini bildirərək, əl-Əqsa məscid komleksinin müxtəlif meydanlarında, Qübbət-Səxra məscidinin və Qiblə məscidinin içində aksiyaya başlayıblar.

İsrail qüvvələri Qiblə məscidinin qapılarını sındıraraq içəri daxil olub.

Toqquşmalarda yaralananlar var.