Qətər əmiri və Misir prezidenti Qəzzadakı son vəziyyəti müzakirə edib

Qətər əmiri Əl Sani, Misir prezidenti Sisi ilə sionist rejimin üç gündür davam edən hücumlarına məruz qalan Qəzzanın son vəziyyətini dəyərləndirib.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Qətər Əmirliyindən verilən yazılı açıqlamaya görə, Qətər əmiri Şeyx Təmim bin Həmid Əl-Sani ilə Misir prezidenti Əbdülfəttah Sisi arasında telefon danışığı olub.

Danışıq zamanı iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması yolları, regional və beynəlxalq hadisələr, xüsusilə Qəzzada baş verən son hadisələr müzakirə edilib.

Xatırladaq ki İsrail rejiminin Qəzzayə hücumlarında 44 nəfər həlak olub.