Qətərin əmiri son yeddi ildə ilk dəfə olaraq Misirə gedib

 Qətərin əmiri Təmim bin Həmd Ali-Sani Misirlə münasibətlərin normallaşdırılmasından sonra Qahirəyə rəsmi səfərə gedib.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, Qətərin əmiri ötən gün axşam Qahirəyə gedib.

Hava limanında Qərətin əmirini Misirin prezidenti Əbdülfəttah Sisi qarşılayıb.

Məlumata görə Qətər Misirdə 4.5 milyard dollar yatırım etməyi planlaşdırır.

Qeyd edək ki, Misirdə 2013-cü ildə Məhəmməd Mursi hökumətinə qarşı çevrilişdən, İxvan əl-Müslimin üzvləri və tərəfdarlarının Misirdə təqib edilməsi, habelə 2017-ci ildə Qətərin digər ərəb ölkələri tərəfindən siyasi-iqtisadi baxımdan blokadaya alınmasından sonra iki ölkə münasibətlərində cidd gərginlik hökm sürməyə başlamışdı.