Radikal sağçı lider Paludana Quran-Kərimi yandırması üçün icazə verildi

İsveçin 5 bölgəsində məscidin yaxınlığında Quran yandırmağı nümayiş etdirmək üçün icazə istəyən Danimarkanın radikal sağçı lider Rasmus Paludana icazə verilib.
SHAFAQNA TÜRKİYE-yə istinadən Operativ.tv xəbər verir ki, Paludan mayın 12-13-də paytaxt Stokholmda müsəlmanların yaşadığı Göteborq, Boras və Trollhetten şəhərlərində, habelə Hallunda və Husbi məhəllələrində Quranın yandırılması məqsədilə nümayiş etdirmək üçün icazə istəyib. Nümayiş üçün icazəni təsdiqləyən polis əks-nümayişçilərə hay-küy salmamaq üçün xəbərdarlıq edib.
İsveçli professor Qurani-Kərimin yandırılmasını qadağan etməyi xahiş edib
Göteborq Universitetinin Siyasi Elmlər Mütəxəssisi Professor Bo Rotşteyn “Expressen” qəzeti üçün yazdığı məqalədə Quran kimi xüsusi kitabların yandırılmasının ifadə azadlığına aid olmadığını və bəşəri cinayət olmasını bildirib.
1933-cü ildə faşist Almaniyasında “Kitab yandırma festivalı” adı altında 25 min kitabın yandırılmasına toxunan və o vaxtdan bəri Avropada kitabların kütləvi şəkildə yandırılmasının qadağan edildiyini xatırladan Rotşteyn Quranın yandırılmasının da bura daxil olduğunu bildirib. 
Xatırladaq ki, 2017-ci ildən Qurani-Kərimin yandırılması təxribatları davam edir
Danimarka və İsveç vətəndaşlığı olan Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Qurani-Kərimin yandırılmasını təhrik edir.
2021-ci ilin Ramazan ayında müsəlmanların sıx məskunlaşdığı məhəllə və məscidlərin yaxınlığında polis himayəsi altında təxribatlarını davam etdirən Paludan, Pasxa bayramlarında İsveçin paytaxtı Stokholm və Malmö, Norköpin və Jönköping şəhərlərində təxribatlarını davam etdirib.
Paludanın dayandırılmasını istəyən nümayişçilər yollarda təkərləri də yandırıb, hadisələrdə 104 polis və 14 nümayişçi yaralanıb, 20 polis maşını yandırılıb.