Razi Hümbətovun məhkəməsi keçirilib (yenilənib)

Bu gün Bakı Apellyasiya Məhkəməsində MBH-nin üzvü  Razi Hümbətovun apelliyasiya şikayətinə baxılıb. Hakim İlqar Murğuzovun sədirliyi ilə keçən appeliyasiya şikayətinə baxan hakim Razi Hümbətovun qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Razi Hümbətov narkomaniyaya qarşı mübarizə ilə yanaşı hakimiyyəti də bu işdə yarıtmaz siyasətinə görə daima tənqid edib. O özü həbsini də məhz bununla bağlı, siyasi sifariş olaraq qiymətləndirir. Narkotika ittihamı ilə həbs olunan Hümbətov 6 il müddətinə azadlıqdan məhrum edilib. 

 

 

***          ***        ***          ****           ***

İctimai fəal, Müsəlman Birliyi Hərakatının üzvü Razi Hümbətoun məhkəməsi keçiriləcək. Bu barədə Operativ.tv Razinin yaxınlarına istinadən məlumat verir. Hakim İlqar Murğuzov sədrliyi ilə keçiriləcək məhkəmə avqustun 10-u saat 10:00-da Bakı Apellyasiya məhkəməsində davam edəcək. Razi Hümbətov narkomaniyaya qarşı mübarizə apardığna görə narkotik ittihamı ilə şərlənərək 6 il həbs cəzası aldığını bildirir. Apellyasiya şikayəti də şərləmə ilə aldığı cəzaya etiraz olaraq keçirilir.