Ərəb dövlətlərinin xarici işlər nazirləri Livanda bir araya gəliblər

Ərəb Dövlətləri Liqasına üzv ölkələrin XİN rəhbərləri və rəsmi nümayəndələri bu gün Livanın paytaxtı Beyrutda bir araya gəliblər.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bu toplantıdan məqsəd Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçiriləcək zirvə toplantısına hazırlıq məqsədilə məsləhətləşmələrin keçirilməsidir.

Məlumata görə bu toplantıda gələcək zirvə toplantısının gündəminə daxil ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Rəsmi Dəməşqin ƏDL-ə qayıtması məsələsinin bu toplantıda müzakirə ediləcəyi gözlənilirdi, lakin bu barədə hələ məlumat verilmir.

Əlavə edək ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdad bu toplantıya dəvət edilməyib və o bu gün Dəməşqdə İranın xarici işlər nazirini qarşılayıb.

Bundan öncə Əlcəzairin XİN rəhbəri Ramazan Lamamra Suriyanın ƏDL-ə qayıtması ehtimalından söz açmışdı.