Rusiya 50 yeni nüvə raketi istehsal edib

Rusiyanın Dövlət Kosmik Agentliyinin (Roskosmos) rəhbəri Dmitri Roqozin nüvə başlıqları daşıya bilən 50 ədəd “Sarmat-2” qitələrarası ballistik raketin istehsal edildiyini açıqlayıb və NATO koalisiyasının raketlərini “şeytan 2” adlandırdığını bildirib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, Rusiyanın Dövlət Kosmik Agentliyinin (Roskosmos) rəhbəri Dmitri Roqozin nüvə başlıqları daşıya bilən 50 qitələrarası “Sarmat-2” ballistik raketinin istehsal edildiyini açıqlayıb və NATO koalisiyasının raketlərini “şeytan 2” adlandırdığını bildirib.
Rusiya Kosmik Agentliyinin rəhbəri tvitter hesabında raketlərin 14 mərtəbəli binanın hündürlüyündə olduğunu yazıb və “Sarmat” raketlərinin hazırlanmasının tezliklə başa çatacağını açıqlayıb.
Bu arada Rusiya baş nazirinin müavini Yuri Borisov bu yaxınlarda ölkədə səsdən sürətli raketlərin yeni nəslinin hazırlanıb sınaqdan keçirildiyini açıqlayıb.
"Mən təklif edirəm ki, hücum edənlər bizimlə daha nəzakətli danışsınlar" – deyə Rusiya dövlət kosmik agentliyinin rəhbəri vurğulayıb.
Raketin sınaq görüntülərini dərc edən Rusiya Kosmik Agentliyinin rəhbəri “Sarmat 2”-nin şübhəsiz ki, dünyanın ən güclü nüvə raketi olacağını vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Kamçatka bölgəsindəki Kora raket sınaq poliqonunda “Sarmat 2” raket sınağı nəticəsində 8 metr dərinlikdə və 20 metr diametrdə çuxur yaranmışdır.
Dmitri Roqozin də bu yaxınlarda elan edib ki, Rusiya ən geci bu ilin payızına qədər nüvə başlıqları daşıya bilən “Sarmat” ballistik raketləri ilə təchiz olunmuş ilk hərbi hissəni yerləşdirməyi planlaşdırır.