Rusiya Azərbaycan, Qazaxıstan və Qırğızıstana 654 tondan çox taxılın ixracına qadağa qoyub

Bu ilin əvvəlindən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) xəstəliyin aşkarlanmasına görə Azərbaycan, Qazaxıstan və Qırğız Respublikasına 654 tondan çox taxılın ixracına qadağa qoyub.

Operativ.tv Report-a istinadən məlumatına görə, bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.

Bildirilir ki, sentyabrda “Rosselxoznadzor” Qazaxıstana tədarük üçün nəzərdə tutulan buğda partiyalarının tərkibində zərərverici aşkar edilib. Bununla əlaqədar olaraq, bu üç ölkəyə buğda daşımalarının ixracına qadağa qoyulub.