Rusiya Moldovann yeni prezidentini pozucuqluda ittiham etdi

"Moldovanın yeni Prezidenti Maya Sandunun Dnestryanıdan Rusiya qoşunlarının operativ qrupunu çıxartmaq niyyətində olması sülh yolu ilə nizamlanma səylərini pozmağa istiqamətlənib”.
 
TASS-ın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib.

"Biz Sandunun bəyanatına Dnestryanı probleminin sülh yolu ilə tənzimlənməsi səylərini pozmaq cəhdi kimi baxırıq. Sülhməramlı əməliyyatın mandatı bölgədəki iştirak müddətimizin münaqişənin həlli ilə bağlı siyasi razılaşma əldə olunana davam edəcəyini göstərir. Hələ buna çox var”, - deyə Mariya Zaxarova vurğulayıb.

Rusiya XİN rəsmisi məhz Rusiya sülhməramlılarının Dnestryanı bölgədə olmasına görə, 25 ildir ki, sabitliyin qorunub saxlanıldığını və qan tökülmədiyini qeyd edib.