Rusiya prezidenti Vladimir Putin ukraynalılara Rusiya vətəndaşlığına yol açan fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin Ukraynanın 2 vilayətində yaşayan insanlara Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.
Operativ.tv Aksam xəbər portalına istinadən verdiyi məlumata əsasən, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də hərbçilərə Ukraynada hərbi əməliyyat keçirməyi əmr etdikdən sonra daha bir mühüm addım atıb. Rusiya tərəfindən tanınan və Ukraynadan birtərəfli müstəqilliyini elan edən Donbass bölgəsindəki qondarma Donetsk və Luqansk Xalq Respublikasında yaşayanların Rusiya vətəndaşlığına keçməsi ilə bağlı fərman imzalayan Putin, bu çərçivəni yeni qanunla genişləndirən fərman imzalayıb.
Kremlin İnformasiya Xidməti tərəfindən Putinin imzaladığı fərmana əsasən Donetsk və Luqansk torpaqlarında Ukraynanın Zaporojya və Xerson vilayətləri də göstərilib və bu bölgələrdə yaşayan insanların Rusiya vətəndaşlığını qəbul etmələri üçün göstərişlər verilib. Fərmanda, Putinin Rusiya vətəndaşlığına keçid prosedurlarını asanlaşdıran 24 aprel 2019-cu il tarixli qərarının Ukraynanın müəyyən bölgələrində yaşayanların Rusiya vətəndaşlığına qəbul ediləcəyi bildirilib. Fərman bu gündən qüvvəyə minib.