Rusiya səmasında meteorit partlayıb

Yanvarın 15-də Rusiyanın İrkutsk vilayətinin səmasında meteorit partlayıb.

Bunu İrkutsk Astronomik Rəsədxanasının direktoru Sergey Yazev deyib.

“Videoyazılara əsasən, bu, toyuq yumurtasından böyük olmayan orta ölçülü tipik boliddir. O, orta sürətlə uçaraq 25 km yüksəklikdə tamamilə yanıb”, - o bildirib.

S.Yazev əlavə edib ki, bu nadir hadisə deyil: “Bu sübut edir ki, Yer kürəsi atmosferi “yad planetlilərdən” etibarlı şəkildə qorunur.