Rusiya və İran XİN başçıları telefonla danışıblar

Az.shafaqna.com xəbər verir ki, Lavrovla Abdullahiyan arasındakı baş tutan telefon danışığında İran nüvə razılaşması ilə əlaqəli vəziyyət müzakirə edilib. Razılaşmanın əhəmiyyətinə diqqət çəkilən görüşdə bunun ilkin balanslaşdırılmış vəziyyətə qaytarılmasının əlaqəli tərəflərin hüquq və mənafelərini təmin edəcək yeganə doğru yol olduğu mövzusunda həmfikir qalınıb. Vyanada müqavilə üzrə danışıqların ən qısa müddətdə bərpa edilməsi istənilib. Tərəflər arasında baş tutan telefon danışığında iki ölkə arasındaki əlaqələr də gündəmə daxil edilib.