Rusiyada məktəbdə atışma: 4 uşaq yaralandı

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevsk şəhərində yerləşən məktəbdə atışma baş verib.

Nəticədə məktəbin mühafizəçisi cani tərəfindən qətlə yetirilib, həmçinin 4 uşaq da yaralanıb.

Respublikanın başçısı Aleksandr Breçalov hadisə yerinə gəlib. O deyib ki, cinayəti törədən şəxs özünü öldürüb.

Qeyd edilib ki, hazırda cinayət baş verdiyi ərazidə bütün xüsusi xidmət orqanları, təcili tibbi yardım işləyir.