Rusiyada səfərbərliyə qarşı etiraz - Mindən çox şəxs saxlanılıb

Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyalarda 1026-dan çox şəxs saxlanılıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.