Rusiyanın Çinə kömür tədarükü artmaqdadır

Rusiyanın Çinə kömür daşımaları əvvəlki illə müqayisədə 55% artaraq 6,2 milyon tona çatıb.
Operativ.tv MİLLİ GAZETE-ə istinadən xəbər verir ki, Rusiyanın dəniz yolu ilə Çinə göndərdiyi kömürün miqdarı iyun ayında əvvəlki ilə nisbətən 55 faiz artıb.
S&P Global Market Intelligence tərəfindən tərtib edilən məlumatlara görə, Rusiyanın Çinə kömür tədarükləri artmaqdadır. 
Rusiyanın dəniz yolu ilə Çinə göndərdiyi kömür miqdarı 2022-ci ilin iyun ayının ilk 28 günündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 55 artaraq 6,2 milyon tona çatıb. May ayında Rusiyanın dəniz yolu ilə Çinə kömür tədarükü 20 faiz artaraq 5,5 milyon tona çatıb.
Çinə ən çox kömür ixrac edən ölkələrin reytinqində Rusiyadan sonra İndoneziya və Monqolustan gəlir.