Sədr baş nazirə sui-qəsddən danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Sədr" hərəkatının rəhbəri Müqtəda Sədr Baş Nazir Mustafa əl-Kazımiyə qarşı sui-qəsd ilə bağlı açıqlama verib.   O, verdiyi açıqlamada vurğulayıb ki, bu istiqamətdə olan araşdırmalar şəffaf və ictimaiyyətə açıq şəkildə aparılmalıdır.   Hərəkat lideri bu günə qədər aparılan araşdırmaların nəticələrinin də açıqlanmasını istəyib.   "Əgər açıqlamasa biz bunu xalqımız ilə bölüşəcəyik. Bizim bu məsələdə mövqeyimiz qətidir", - deyə Seyid Müqtəda Sədr diqqətə çatdırıb.