Şəhid Balazadə Abdullayev anılıb

Qarabağ müharibəsinin il dönümünü yaşadığımız günlərdə şəhidlərin anım mərasimi tədbirləri keçirilməkdədir. Növbəti tədbir Bakınıın Ələt qəsəbəsində Şəhid Balazadənin evində keçirilib. Şəhidin mübarək şəhadətə yüksəldiyi tarix qeyd olunan məkanda Şəhid Balazadə anılıb. Müsəlman Birliyi Hərəkatının üzvülərindən olan Şəhid Balazadənin ruhuna ehtiram olaraq MBH üzvüləri də daxil olmaqla çox saylı inanclılar və qəsəbə sakinləri mərasimə qatılıb.

Qeyd edək ki, Abdullayev Balazadə Qarabağda müharibə başlayanda digər MBH üzvləri kimi könüllü olaraq hərbi komissarlığa getmişdi və cəbhəyə yollanmışdı. 

Şəhid Abdullayev Balazadə Rafət oğlu 1991-ci ildə dünyaya gəlib. Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olub. Şəhid Balazadə ölümündən sonra göstərdiyi cəsarət və igidliyinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.