Səhih rəvayətlərdə İmam Mehdinin (ə) qeybət dövrü haqqında əvvəlcədən məlumat verilmişdirmi? (3-cü hissə)

 

İkinci qisim: İmam Mehdinin (ə.f) böyük qeybəti haqqında rəvayətlər

Rəvayətlərin bir qrupu isə yalnız qeybətin bir növünü bəyan edir və bu qeybətdən də məqsəd böyük qeybətdir. Bu qisim üçün də bir çox rəvayətlər mövcuddur. Biz əvvəlcə bir rəvayəti səhih sənədləri ilə birlikdə nəql edəcək, sonra isə qalan rəvayətləri qeyd edəcəyik.

1. Peyğəmbərin (s) rəvayəti səhih sənədlə

Bu səhih rəvayətdə Peyğəmbər (s) övladı Həzrət Mehdinin (ə.f) qeybətindən xəbər verir və bildirir ki, bu qeybət o qədər uzun çəkəcək ki, camaat heyrətdə qalacaq.

حَدَّثَنَا أَبِي وَ مُحَمَّدُ بْنُ الْحَسَنِ وَ مُحَمَّدُ بْنُ مُوسَى الْمُتَوَكِّلُ رَضِيَ اللَّهُ عَنْهُمْ قَالُوا حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ وَ عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ الْحِمْيَرِيُّ وَ مُحَمَّدُ بْنُ يَحْيَى الْعَطَّارُ جَمِيعاً قَالُوا حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ عِيسَى وَ إِبْرَاهِيمُ بْنُ هَاشِمٍ وَأَحْمَدُ بْنُ أَبِي عَبْدِ اللَّهِ الْبَرْقِيُّ وَ مُحَمَّدُ بْنُ الْحُسَيْنِ بْنِ أَبِي الْخَطَّابِ جَمِيعاً قَالُوا حَدَّثَنَا أَبُو عَلِيٍّ الْحَسَنُ بْنُ مَحْبُوبٍ السَّرَّادُ عَنْ دَاوُدَ بْنِ الْحُصَيْنِ عَنْ أَبِي بَصِيرٍ عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ آبَائِهِ عليهم السلام قَالَقَالَ رَسُولُ اللَّهِ صلي الله عليه وآله وسلم

الْمَهْدِيُّ مِنْ وُلْدِي اسْمُهُ اسْمِي وَكُنْيَتُهُ كُنْيَتِي أَشْبَهُ النَّاسِ بِي خَلْقاً وَ خُلْقاً تَكُونُ‏ لَهُ‏ غَيْبَةٌ وَ حَيْرَةٌ حَتَّى تَضِلَّ الْخَلْقُ عَنْ أَدْيَانِهِمْ فَعِنْدَ ذَلِكَ يُقْبِلُ كَالشِّهَابِ الثَّاقِبِ فَيَمْلَؤُهَا قِسْطاً وَ عَدْلًا كَمَا مُلِئَتْ ظُلْماً وَ جَوْراً.

Atam, Məhəmməd ibn Həsən və Məhəmməd ibn Musa Mütəvəkkil bizə hədis söylədi (və dedilər): Səd ibn Abdullah, Abdullah ibn Cəfər Himyəri və Məhəmməd ibn Yəhya Əttar hamılıqla bizə hədis söylədi (və dedilər): Əhməd ibn Məhəmməd ibn İsa, İbrahim ibn Haşim, Əhməd ibn Əbu Abdullah Bərqi və Məhəmməd ibn Hüseyn ibn Əbul-Xəttab hamılıqla bizə hədis söylədi (və dedilər): Əbu Əli Həsən ibn Məhbub Sərrad Davud ibn Həsindən, o da Əbu Bəsirdən, o da İmam Sadiqdən (ə), o da atalarından nəql edir ki, Peyğəmbər (s) belə buyurmuşdur: Mehdi (ə.f) mənim övladlarımdandır, adı mənim adım, künyəsi də mənim künyəmdir. Yaradılış və əxlaq baxımından insanların içində ən çox mənə oxşayan odur. Onun bir qeybət dövrü olacaq ki, insanlar heyrət içində donub qalacaqlar. O qədər uzun çəkəcək ki, insanlar dindən çıxacaq. Bu zaman O, parlaq bir ulduz kimi gələcək, yer üzü zülmlə dolduğu kimi onu ədalətlə dolduracaq.

Bu rəvayət bir neçə mətləbi sabit edir:

1. Həzrət Mehdi (ə.f) Peyğəmbərin (s) nəslindəndir.

2. Həzrətin (ə.f) uzun bir qeybət dövrü olacaq. İnsanlar Peyğəmbərin (s) sözlərinə imansızlığı ucbatından dindən çıxacaqlar.

3. Həzrət Mehdi (ə.f) bu dövrdə zühur edəcək.

4. O Həzrət (ə.f) davranış və əxlaq baxımından Peyğəmbərə (s) ən çox bənzəyən şəxsdir. Bu məsələ vəhhabilərin ortaya atdığı “Mehdi (ə.f) zühur edən zaman çoxlu qan tökəcək” şübhəsinə də bir cavabdır.

Rəvayətin sənədinin araşdırılması

a) Əli ibn Hüseyn ibn Babəveyh

Nəcaşi onun barəsində deyir:

شيخ القميين في عصره ومتقدمهم، وفقيههم، وثقتهم...

O, öz zamanında Qumun etimadlı, öndə gedən alim və fəqihlərindən… olmuşdur.

Şeyx Tusi onun barəsində deyir:

كان فقيها، جليلا، ثقة. 

O, şiənin etimadlı və böyük fəqihlərindəndir.

b) Məhəmməd ibn Həsən ibn Fərrux Səffar

Nəcaşi onun haqqında deyir:

كان وجها في أصحابنا القميين، ثقة، عظيم القدر، راجحا، قليل السقط في الرواية.

Qumun şiə alimlərinin içində xüsusi məqamı və qədir-qiyməti bilinən, etimadlı, digərlərindən üstün şəxsiyyətlərdəndir. Onun rəvayətləri nadir hallarda tərk olunur.

c) Səd ibn Abdullah Əşəri

Nəcaşi deyir:

شيخ هذه الطائفة وفقيها ووجها...

O, şiənin tanınmış simalarından və fəqihlərindən olmuşdur…

Şeyx Tusi isə onun barəsində deyir:

O, qədir-qiymətli və etimadlı şəxsdir.

ç) Məhəmməd ibn Hüseyn Əbul-Xəttab

Nəcaşi onun barəsində belə deyir:

جليل من أصحابنا، عظيم القدر، كثير الرواية، ثقة، عين، حسن التصانيف، مسكون إلى روايته...

O, şiə alimləri arasında əzəmətli və dəyərli məqama sahib olmuşdur. Bir çox rəvayətləri mövcuddur, etimadlı və seçilmiş şəxsiyyətlərdəndir. Gözəl əsərləri var və rəvayətləri arxayınlıq gətirir…

Şeyx Tusi isə onu “kufəli və etimadlı” hesab etmişdir.

d) Həsən ibn Məhbub

Şeyx Tusi onun barəsində belə deyir:

كوفي، ثقة. وكان جليل القدر، يعد في الأركان الأربعة في عصره.

O, Kufəlidir və etimadlı, dəyərli şəxsiyyətlərdəndir. Öz dövrünün dörd əsas rüknlərindən hesab olunur.

e) Davud ibn Həsin

Nəcaşi deyir ki, o, Kufənin böyüklərindən və etibarlı şəxslərindəndir.

ə) Əbu Bəsir Əsədi

O, şiələrin ittifaq etdiyi icma üzvlərindən biridir. Əgər səhih sənədlə olan rəvayət onda sona çatırsa, o hədis səhihdir. Nəcaşi onun barəsində yazır:

يحيى بن القاسم، أبو بصير الأسدي، وقيل أبو محمد: ثقة، وجيه...

Yəhya ibn Qasim, Əbu Bəsir Əsədi və bir də deyirlər ki, Əbu Məhəmməd etimadlı, tayfa böyüklərindən və böyük məqama sahib olan şəxslərdəndirlər.

Nəticə olaraq bu hədisin sənədi səhihdir.

Yuxarıdakı hədis Cabir ibn Abdullah vasitəsilə də gəlmişdir:

حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ مَسْرُورٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا الْحُسَيْنُ بْنُ مُحَمَّدِ بْنِ عَامِرٍ عَنْ عَمِّهِ عَبْدِ اللَّهِ بْنِ عَامِرٍ عَنْ مُحَمَّدِ بْنِ أَبِي عُمَيْرٍ عَنْ أَبِي جَمِيلَةَ الْمُفَضَّلِ بْنِ صَالِحٍ عَنْ جَابِرِ بْنِ يَزِيدَ الْجُعْفِيِّ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ الْأَنْصَارِيِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صلي الله عليه وآله الْمَهْدِيُّ مِنْ وُلْدِي اسْمُهُ اسْمِي وَ كُنْيَتُهُ كُنْيَتِي أَشْبَهُ النَّاسِ بِي خَلْقاً وَ خُلْقاً تَكُونُ بِهِ غَيْبَةٌ وَ حَيْرَةٌ تَضِلُّ فِيهَا الْأُمَمُ ثُمَّ يُقْبِلُ كَالشِّهَابِ الثَّاقِبِ يَمْلَؤُهَا عَدْلًا وَ قِسْطاً كَمَا مُلِئَتْ جَوْراً وَ ظُلْماً.

Cəfər ibn Məhəmməd ibn Məsrur bizə hədis söylədi (və dedi): Hüseyn ibn Məhəmməd ibn Amir əmisi Abdullah ibn Amirdən, o da Məhəmməd ibn Əbu Umeyrdən, o da Əbu Cəmilə Müfəzzəl ibn Salehdən, o da Cabir ibn Yezid Cufidən, o da Cabir ibn Abdullah Ənsaridən Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: Mehdi (ə.f) mənim övladlarımdandır, adı mənim adım, künyəsi də mənim künyəmdir. Yaradılış və əxlaq baxımından insanların içində ən çox mənə oxşayan odur. Onun bir qeybət dövrü olacaq ki, insanlar heyrət içində donub qalacaqlar. O qədər uzun çəkəcək ki, insanlar dindən çıxacaq. Bu zaman O, parlaq bir ulduz kimi gələcək, yer üzü zülmlə dolduğu kimi onu ədalətlə dolduracaq.

2. Peyğəmbərin (s) digər rəvayəti

Başqa bir hədisdə Peyğəmbər (s) İmamın (ə.f) qeybətindən xəbər vermiş və bunu möminlər üçün imtahan kimi göstərmişdir, həm də qeybəti Allahın sirlərindən biri kimi qələmə vermişdir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُوسَى بْنِ الْمُتَوَكِّلِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عَبْدِ اللَّهِ الْكُوفِيُّ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ الْبَرْمَكِيُّ عَنْ عَلِيِّ بْنِ عُثْمَانَ عَنْ مُحَمَّدِ بْنِ الْفُرَاتِ عَنْ ثَابِتِ بْنِ دِينَارٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ‏ ص إِنَّ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ ع إِمَامُ أُمَّتِي وَ خَلِيفَتِي عَلَيْهَا مِنْ بَعْدِي وَ مِنْ وُلْدِهِ الْقَائِمُ الْمُنْتَظَرُ الَّذِي يَمْلَأُ اللَّهُ بِهِ الْأَرْضَ عَدْلًا وَ قِسْطاً كَمَا مُلِئَتْ جَوْراً وَ ظُلْماً وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ بَشِيراً إِنَّ الثَّابِتِينَ عَلَى الْقَوْلِ بِهِ فِي زَمَانِ غَيْبَتِهِ لَأَعَزُّ مِنَ الْكِبْرِيتِ الْأَحْمَرِ فَقَامَ إِلَيْهِ جَابِرُ بْنُ عَبْدِ اللَّهِ الْأَنْصَارِيُّ فَقَالَ يَا رَسُولَ اللَّهِ وَ لِلْقَائِمِ مِنْ وُلْدِكَ غَيْبَةٌ قَالَ إِي وَ رَبِّي وَ لِيُمَحِّصَ اللَّهُ الَّذِينَ آمَنُوا وَ يَمْحَقَ الْكافِرِينَ يَا جَابِرُ إِنَّ هَذَا الْأَمْرَ أَمْرٌ مِنْ أَمْرِ اللَّهِ وَ سِرٌّ مِنْ سِرِّ اللَّهِ مَطْوِيٌّ عَنْ عِبَادِ اللَّهِ فَإِيَّاكَ وَ الشَّكَّ فِيهِ فَإِنَّ الشَّكَّ فِي أَمْرِ اللَّهِ عَزَّ وَ جَلَّ كُفْرٌ

Məhəmməd ibn Musa ibn Mütəvəkkil bizə hədis söylədi (və dedi): Məhəmməd ibn Əbu Abdullah Kufi bizə hədis söylədi (və dedi): Məhəmməd ibn İsmayıl Bərməki Əli ibn Osmandan, o da Məhəmməd ibn Furatdan, o da Sabit ibn Dinardan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: Məndən sonra Əli ibn Əbu Talib (ə) ümmətimin imamı və onların xəlifəsidir. İntizarı çəkilən Qaim (ə.f) də onun övladlarındandır. Yer üzü zülmlə dolduğu kimi Allah Təala onun vasitəsilə yer üzünü ədalətlə dolduracaq. Məni müjdələyən və xəbərdarlıq edən kimi haqq olaraq peyğəmbər seçənə and olsun ki, Həzrətin (ə.f) qeybət dövründə ona etiqadda sabit olanlar qırmızı kibritdən də nadir olacaq. Bu zaman Cabir ibn Abdullah Ənsari ayağa qalxdı, bir az irəli gedib soruşdu: Ey Allahın rəsulu, övladın Qaimin (ə.f) qeybət dövrü olacaqmı? Həzrət (s) buyurdu: And olsun Allaha ki, bəli, iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün bu qeybət olacaq. Ey Cabir, bu iş Allahın işlərindən və Allah bəndələrindən gizlin qalan sirlərindəndir. Bu barədə məbada şəkk edəsən, çünki Allahın işlərində şəkk etmək küfrdür.

3. Həzrət Əlinin (ə) rəvayəti

Həzrət Əli (ə) də qeybətin olmasını açıq-aşkar bildirir. Şeyx Səduq (ə) həmin rəvayəti bu mətnlə nəql etmişdir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَحْمَدَ الشَّيْبَانِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ الْكُوفِيُّ قَالَ حَدَّثَنَا سَهْلُ بْنُ زِيَادٍ الْآدَمِيُّ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَظِيمِ بْنُ عَبْدِ اللَّهِ الْحَسَنِيُّ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ مُوسَى بْنِ جَعْفَرِ بْنِ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عليه السلام عَنْ أَبِيهِ عَنْ آبَائِهِ عَنْ أَمِيرِ الْمُؤْمِنِينَ عليه السلام قَالَ لِلْقَائِمِ مِنَّا غَيْبَةٌ أَمَدُهَا طَوِيلٌ كَأَنِّي بِالشِّيعَةِ يَجُولُونَ جَوَلَانَ النَّعَمِ فِي غَيْبَتِهِ يَطْلُبُونَ الْمَرْعَى فَلَا يَجِدُونَهُ أَلَا فَمَنْ ثَبَتَ مِنْهُمْ عَلَى دِينِهِ وَ لَمْ يَقْسُ قَلْبُهُ لِطُولِ أَمَدِ غَيْبَةِ إِمَامِهِ فَهُوَ مَعِي فِي دَرَجَتِي يَوْمَ الْقِيَامَةِ ثُمَّ قَالَ عليه السلام إِنَّ الْقَائِمَ مِنَّا إِذَا قَامَ لَمْ يَكُنْ لِأَحَدٍ فِي عُنُقِهِ بَيْعَةٌ فَلِذَلِكَ تَخْفَى وِلَادَتُهُ وَ يَغِيبُ شَخْصُه.

Məhəmməd ibn Əhməd Şeybani bizə hədis söylədi (və dedi): Məmməd ibn Cəfər Kufi bizə hədis söylədi (və dedi): Səhl ibn Ziyad Adəmi bizə hədis söylədi (və dedi): Əbdüləzim ibn Abdullah Həsəni bizə hədis söylədi (və dedi): Məhəmməd Təqi (ə) öz atalarından, onlar da Əli İbn Əbu Talibin (ə) belə buyurduğunu nəql edirlər: Bizdən olan Qaimin (ə.f) uzun bir qeybət dövrü olacaq. Sanki mən görürəm ki, qeybət dövründə şiələr dördayaqlılar kimi cövlan edib otlaq axtarırlar, lakin tapa bilmirlər. Agah olun, onlardan hər kəs dinində sabit qalarsa, qeybətin uzunluğu səbəbinə qəlbi qəsavət bağlamazsa, o qiyamətdə mənimlə və mənim dərəcəmdə olacaq. Sonra buyurdu: Bizim qaimimiz zühur edən zaman heç kəsin onun boynunda beyət haqqı olmayacaq. Buna görə də onun dünyaya gəlişi gizlədiləcək və özü də qeybətə çəkiləcək.