Səhih rəvayətlərdə İmam Mehdinin (ə) qeybət dövrü haqqında əvvəlcədən məlumat verilmişdirmi?

Bağışlayan və Mehriban Allahın adı ilə
1-ci hissə
Sualın izahı:
İmam Mehdinin (ə) qeybətindən bəhs edən rəvayətlərdə o Ağanın (ə.f) iki qeybət dövrü qeyd olunmuşdur: Kiçik və böyük qeybət dövrü. Sual bundan ibarətdir ki, bu mövzu ilə bağlı olan rəvayətlər səhihdirmi? Xahiş edirik ki, səhih rəvayətlər gətirməklə bunu izah edəsiniz.
Cavab: 
Araşdırmalara görə, İmamın (ə.f) qeybətini bəyan edən rəvayətlər iki qismə bölünür:
Birinci qisim rəvayətlər bu qeybətin iki hissədən – kiçik və böyük qeybətdən ibarət olduğunu bəyan edir. 
İkinci qisim rəvayətlər isə Həzrətin (ə.f) uzun qeybətindən bəhs edir. Bu da təbii olaraq, böyük qeybətə bir işarədir. 
Maraqlı burasındadır ki, hər iki qisimdə səhih rəvayətlər mövcuddur və bu mövzu ilə bağlı olan rəvayətlər istifazə (məşhur) həddindədir. Buna görə də bu rəvayətlərin sənəd baxımından araşdırılmasına ehtiyac yoxdur. Lakin mətnin əvvəlində səhih rəvayətlərin gətirilməsi istənilmişdi. Biz də hər qisimdən olan bir rəvayəti sənəd baxımından araşdırmışıq. Digər rəvayətlərin sənədlərinin araşdırılmasından isə söhbətin uzanacağına görə əl çəkmişik. Lakin rəvayətləri bəyan etməzdən əvvəl şiə alimlərinin bu rəvayətlərin səhih olması haqqında buyurduqlarını qeyd edirik:
Bu mövzu ilə əlaqədar olan rəvayətlərin səhih olması barəsində şiə alimlərinin buyurduqları sözlər 
Şiə alimləri bu mövzu ilə əlaqədar olan rəvayətləri öz kitablarında qeyd etdikdən sonra, onların sənədlərinin səhih olması və bu rəvayətlərin mütəvatir olmasını açıq-aşkar deyiblər. Biz bəzilərinin sözlərini qeyd edirik:
1. Məhəmməd ibn İbrahim Numani (v. 360 h.q)
O, şiənin böyük alimlərindəndir. O, qeybətlə bağlı rəvayətləri Əl-Ğeybə kitabında yazandan sonra deyir:
هذه الأحاديث التي يذكر فيها أن للقائم (عليه السلام) غيبتين أحاديث قد صحت عندنا بحمد الله، وأوضح الله قول الأئمة (عليهم السلام) وأظهر برهان صدقهم فيها
İmam Mehdinin (ə.f) iki qeybəti barəsində danışan bu hədislər Allaha həmd olsun ki, bizim nəzərimizdə səhihdir. Allah Təala İmamların (ə) qeybət barəsində buyurduqlarını və onların dəlillərinin doğru olmasını aydınlaşdırmışdır.
2. Şeyx Səduq (v. 381 h.q)
Şeyx Səduq da yazır:
وأنه قد غاب كما جاءت الاخبار في الغيبة فإنها جاءت مشهورة متواترة وكانت الشيعة تتوقعها وتترجاها كما ترجون بعد هذا من قيام القائم عليه السلام بالحق وإظهار العدل . ونسأل الله عز وجل توفيقا وصبرا جميلا برحمته.
Artıq İmam Mehdi (ə.f) qeybətə çəkilmişdir. Bu barədə məşhur və mütəvatir hədislər gəlmişdir. Şiələr bu qeybəti gözləyirdilər və buna ümid edirdilər. Necə ki, müsəlmanlar bu qeybətdən sonra da Qaimin (ə.f) haqq və ədaləti zahirə çıxarmaq üzrə qiyamına ümid edirlər. Allah Təaladan Öz rəhmətinə xatir müvəffəqiyyət və gözəl şəkildə səbir diləyirik.
3. Şeyx Müfid (v. 413 h.q)
Şeyx Müfid İrşad kitabında yazır: İmam Mehdi (ə.f) dünyaya gəlməmişdən öncə Həzrətin (ə.f) qeybəti və zühuru barədə rəvayətlər gəlmişdir. Bu qeyd edəcəyimiz rəvayət müstəfizdir (məşhurdur):
وَكَانَ الْخَبَرُ بِغَيْبَتِهِ ثَابِتاً قَبْلَ وُجُودِهِ وَبِدَوْلَتِهِ مُسْتَفِيضاً قَبْلَ غَيْبَتِهِ وَهُوَ صَاحِبُ السَّيْفِ مِنْ أَئِمَّةِ الْهُدَى عليه السلام وَالْقَائِمُ بِالْحَقِّ الْمُنْتَظَرُ لِدَوْلَةِ الْإِيمَانِ وَلَهُ قَبْلَ قِيَامِهِ غَيْبَتَانِ إِحْدَاهُمَا أَطْوَلُ مِنَ الْأُخْرَى كَمَا جَاءَتْ بِذَلِكَ الْأَخْبَارُ فَأَمَّا الْقُصْرَى مِنْهُمَا فَمُنْذُ وَقْتِ مَوْلِدِهِ إِلَى انْقِطَاعِ السِّفَارَةِ بَيْنَهُ وَبَيْنَ شِيعَتِهِ وَعَدَمِ السُّفَرَاءِ بِالْوَفَاةِ وَأَمَّا الطُّولَى فَهِيَ بَعْدَ الْأُولَى وَفِي آخِرِهَا يَقُومُ بِالسَّيْفِ.
Qeybət və zühur barədə olan xəbər Həzrətin (ə.f) dünyaya gəlməsindən əvvəl sabit olmuşdur və bu xəbər müstəfizdir. O, İmamlar (ə) arasında qılınc sahibi, haqq üzərində qiyam edəndir. Hər kəsin gözü onun iman dövlətindədir. Onun iki qeybət dövrü var və biri digərindən daha uzundur. Bu barədə xəbərlər də gəlmişdir. Lakin Həzrətin (ə.f) kiçik qeyb dövrü anadan olan günündən onunla şiələr arasında vasitəçilərin kəsilməsinədəkdir. Onun dəyərli vasitəçiləri dünyadan getməklə aradan getdilər. Lakin uzun qeybət dövrü isə birinci qeybət dövrü bitəndən başlayır və sonda o Həzrət (ə.f) qılıncla qiyam edəcək.
4. Əbul Həsən İrbili (v. 693 h.q)
İrbili də Şeyx Müfid kimi qeybət barəsində olan rəvayətləri müstəfiz hesab edir:
وكان الخبر بغيبته ثابتا قبل وجوده ، وبدولته مستفيضا قبل غيبته، وهو صاحب السيف من أئمة الهدى عليهم السلام ، والقائم بالحق والمنتظر لدولة الايمان وله قبل غيبتان ، أحدهما أطول من الأخرى، كما جاءت بذلك الاخبار
Qeybət və zühur barədə olan xəbər Həzrətin (ə.f) dünyaya gəlməsindən əvvəl sabit olmuşdur və bu xəbər müstəfizdir. O, İmamlar (ə) arasında qılınc sahibi, haqq üzərində qiyam edəndir. Hər kəsin gözü onun iman dövlətindədir. Onun iki qeybət dövrü var və biri digərindən daha uzundur. Bu barədə xəbərlər də gəlmişdir.
5. Əllamə Hilli (v. 726 h.q)
وكان الخبر بغيبته ثابتا قبل وجوده وبدولته مستفيضا قبل غيبته وهو صاحب السيف من أئمة الهدى عليهم السلام والقائم بالحق المنتظر لدولة الايمان وله قبل قيامه غيبتان : إحديهما أطول من الأخرى كما جاءت بذلك الاخبار
Qeybət və zühur barədə olan xəbər Həzrətin (ə.f) dünyaya gəlməsindən əvvəl sabit olmuşdur və bu xəbər müstəfizdir. O, İmamlar (ə) arasında qılınc sahibi, haqq üzərində qiyam edəndir. Hər kəsin gözü onun iman dövlətindədir. Onun iki qeybət dövrü var və biri digərindən daha uzundur. Bu barədə xəbərlər də gəlmişdir.
Buna əsasən qeybət hədisləri şiə alimlərinin nəzərində müstəfizdir və bu mövzuda heç bir qaranlıq məsələ yoxdur.