SOCAR qazın da bahalaşmasını istəyir

Tarif Şurası təbii qazın qiymətini artırmaq təklifini rədd edib. 
 
Qurumun  saytında yerləşdirilmiş məlumatda belə yazılıb. 
 
Məlumatda qeyd edilib ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib:
 
"Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib".