Son dəqiqə: Ərdoğandan NATO bəyanatı

Ərdoğan Gölcük Gəmiqayırma Zavodunda keçirilən mərasimdə NATO-dan danışıb.
Operativ.tv Cumhuriyet-ə istinadən xəbər verir ki, Ərdoğan Gölcük Gəmiqayırma Zavodunda Hızırreis Sualtı Yedəkləmə və Selmanreis Sualtı Qaynaq Mərasimində çıxış edib.
“Biz inanırıq ki, əsas təhlükəsizlik həssaslıqlarına əhəmiyyət verməyən genişlənmə siyasəti nə bizə, nə də NATO-ya heç bir xeyir verməyəcək” - deyə Ərdoğan bildirib.
NATO-dan konkret addımlar görmək istədiyini ifadə edən Ərdoğan, “NATO-nun bədəlini ödəyən bir ölkə olaraq milli təhlükəsizliyimizlə bağlı ucu açıq, diplomatik açıqlamalar verməkdənsə, konkret addımlar görmək istəyirik” - deyə bəyanat verib.