Sosial şəbəkələrdə islamofob məzmunlu paylaşımların 86%-i 3 ölkənin sakinləri tərəfindən dərc olunur

Avstraliya ictimai təşkilatının araşdırmasına görə, qlobal miqyasda sosial mediada İslamofob məzmunlu paylaşımların ən böyük payı cəmi 3 ölkənin sakinləri tərəfindən dərc olunur. Bu barədə Operativ.tv Sirat.az-a istinadən xəbər verir.

Bildirilir ki, sosial şəbəkələrdə İslam əleyhinə məzmunun 86%-i ABŞ, Böyük Britaniya və Hindistandan olan istifadəçilər tərəfindən paylaşılıb.

Hindistanda nifrət dolu yazıların böyük hissəsini Bharatiya Janata Partiyasına bağlı istifadəçilər yerləşdirirlər. ABŞ-da Donald Trampın prezidentliyi dövründə Twitter-də islamofob məzmun daha da çox idi. Böyük Britaniyada isə bu tendensiya qaçqınların çoxluğu və Boris Consonun islamofob şərhləri ilə əlaqələndirilir.

Müsəlman fəallar Twitter-də bu üç ölkədə istifadəçiləri davranışına diqqət yetirməyə və nifrət dolu məzmunun qarşısını almaq üçün xüsusi tədbirlər hazırlamağa çağırıblar.

Politoloqlar və beynəlxalq münasibətlər üzrə ekspertlər Avropada islamofobiyanın nəzərəçarpacaq dərəcədə artdığını vurğulayırlar. Son illərdə Avropada İslamofobiyanın əsas təzahürünün Fransanın prezidenti Emmanuel Makron olduğu qeyd edilir.