Spyker qətliamının İŞİD başçısı saxlanıldı

Operativ.tv Rasthaber -ə istinadən məlumatına görə, Həşd Şabi Spyker qətliamında iştirak edən İŞİD qatili Zərqəm Əbu Heydərin ələ keçirildiyini bildirib. Həşd Şabi verdiyi yazılı açıqlamada terrorçunun Spyker qətliamında 600 adamı öldürdüyünü etiraf etdiyini deyib.

Xatırladaq ki, Spyker qətliamı 2014-cü ildə baş verib. Terror təşkilatı olan İŞİD 2014-cü ilin iyununda ələ keçirdiyi Tikrit şəhərindəki Spyker Hərbi Bazasında 1700-ə yaxın əsgər və mühafizəçini güllələyir, ölüləri kütləvi məzarlıqda basdırır. Təşkilat o zamanlar təbliğat məqsədi ilə tədbirin görüntülərini də internetdə yayımlayır.