Səudiyyə koalisiyasının pilotsuz təyyarəsi Yəmənin Mərib bölgəsində vurulub

 Yəmənli mənbələr Yəmən Silahlı Qüvvələrinin Mərib bölgəsində Səudiyyə koalisiyasına aid casus pilotsuz təyyarəni vurduğunu bildirib.

Yəmən Silahlı Qüvvələri pilotsuz uçuş aparatının Çin istehsalı, CH4 tipli İHA olduğunu və yer-hava raketi ilə vurulduğunu açıqlayıb. Ənsarullah Hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Bəhti son açıqlamasında bildirib ki, Məribdə müharibəni bitirmək vaxtı yaxınlaşır. Məhəmməd əl-Bəhti bəyan edib ki, xalq Yəmən silahlı qüvvələrinin Mərib şəhərini azad etməsini istəyir. Yəmənin Mərib əyalətindəki səhra mənbələri əyalət paytaxtının cənubundan şimal-qərbinə qədər uzanan əl-Baliq dağ silsiləsindəki “Şərqi Baliq”in azad edildiyini bildirib. Çərşənbə günü bu mənbələrə istinadən Livanda yerləşən əl-Məyadin xəbər agentliyi bildirib ki, əl-Bəliq dağ silsiləsi Mərib şəhərini cənub-şərqdən qorumaq üçün son yüksəklikdir.