Səudiyyə Ərəbistanı Qətif şəhərində 2 gənci edam edib

 Əl-Aləm xəbər agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Qətifdə iki gənci edam edib. Səudiyyə rəsmiləri tərəfindən edam edilən gənclərin adlarının Hüseyn Əli Əbu Abdullah və Muhəmməd Xızr əl-Əvami olduğu bildirilib. Qətifin bu iki gənc sakini Səudiyyə administrasiyası tərəfindən ideoloji səbəblərə görə həbs edilmişdi. Səudiyyə rəsmiləri bu yaxınlarda Əbu Abdullahın anasına onun ölüm hökmünün ləğv edildiyini və digər məhbuslar kimi ona baş çəkə biləcəyini deyibmişlər. Lakin bunula belə o edam olunub.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi keçən ay azğın ideologiya adlandırdığı və terrorla əlaqəsi olduğu iddia edilən 81 nəfəri edam etdiyini açıqlamışdı. Məlum məsələdir ki, Səudiyyə Ərəbistanı hökuməti ona qarşı çıxanların hamısını boş cinayətlərdə mühakimə etməklə aradan qaldırmağa çalışır. Məlumdur ki, bu məsələdə xüsusilə şiə müsəlmanlar ciddi təzyiqlərə məruz qalırlar.