Səudiyyə Ərəbistanından yeni qərar... Qadağan edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Mültəzəmə (qara daşla Kəbənin qapısı arasında olan yer), Həcərül-Əsvəd (Qara daş) və Kəbənin divarlarına əl və üzün sürtülməsini qadağan edib. Pandemiya dövründə başlayan daimi qadağaya reaksiya verənlər də olub.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, dünyanı təsir altında saxlayan Kovid-19 epidemiyası səbəbilə Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərini dayandırıb, daha sonra müəyyən məhdudiyyətlərlə ziyarəti açıb.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Kəbədə təvaf şərtlərinə yeni qaydalar gətirib. Uzun müddətdir mübahisəli olan Kəbə, Həcərül Əsvəd və Mültəzəmə toxunmaq qadağan edilib.
Osmanlıların Beytullaha hörmət olaraq tikdirdiyi tarixi portiklərin sökülməsi ilə başlayan müzakirələr davam edərkən, sözügedən qadağaya reaksiya verənlər də olub.