Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin edilib

28 ildən sonra Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına su verilməsi təmin edilib. Məlumatı "Report” yayıb. 
 
Proses nəticəsində Tərtər çayında da suyun həcmi artıb.
 
Həmçinin suyun buraxılması nəticəsində ümumilikdə 96 217 hektar torpaq sahələrinin su təminatında yaranmış ciddi çətinliklər aradan qaldırılıb.
 
Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində, Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı 28 il ərzində işğal altında olub, 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.