Suriyada İŞİD-in daha bir hərbi lideri öldürülüb

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Suriya ordusu İŞİD-in məşhur adlarından biri Əbu Səlim əl-İraqinin Dəra çölündə Ədvan qəsəbəsində keçirilən əməliyyatda öldürüldüyünü açıqlayıb. Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Suriya ordusunun rəsmisi İŞİD-in hərbi liderlərindən olan əl-İraqinin əməliyyat zamanı mühasirəyə alınarkən özünü partlayıcı ilə işə saldığını bildirib. Əməliyyatda bir mühafizəçinin də öldürüldüyü bildirilib. Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SİHMQ) də açıqlamasında Əbu Səlim əl-İraqinin dünən öldürüldüyünü təsdiqləyib. Bu bir ay ərzində Suriyada öldürülən ikinci İŞİD liderlərindən olub. ABŞ Mərkəzi Komandanlığının iyul ayında Afrin bölgəsində keçirdiyi əməliyyatda İŞİD-in Suriyadakı liderlərindən olan Mahir əl-Əğalın öldürüldüyü açıqlamışdı.