Suriyadakı terror aktını İŞİD öz üzərinə götürüb

Operativ.tv Rasthaber –ə istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatı bazar ertəsi Suriya ordusuna məxsus avtobusda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, terrorçular ötən gün Suriyanın şimalındakı Rakka vilayətində Suriya əsgərlərini daşıyan avtobusa hücum ediblər. Bu hücumda 13 Suriya əsgəri həyatını itirib, 2 əsgər isə yaralanıb.
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində terrorçular bu yaxınlarda sərnişin avtobusuna hücum edərək azı 3 mülki vətəndaşı öldürüb, 20-dən çox insanı yaralayıblar.