Tale Bağırzadə Ayətullah Məkarim Şiraziyə təşəkkür etdi

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Ayətullah Məkarim Şirazinin Azərbaycanla bağlı mövqeyinə münasibət bildirib.

O, bu barədə həbsxanadan məktub ünvanlayıb.

Operativ.tv Tale Bağırzadənin rəsmi "facebook" səhifəsinə istinadən məktubu təqdim edir:

 
"Azərbaycan müsəlmanlarının haqlı harayına səs verərək öz tarixi dəstəyini elan edən böyük İslam alimi ayətullah Makarim Şirazi cənablarına öz minnətdarlıq və təşəkkürümüzü bildiririk. Xüsusi olaraq belə çətin, eyni vaxtda şərəfli günlərdə məhz bizim yanımızda olmasına hədsiz dərəcədə məmnun və şadıq. İnanıram ki, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslədiyimiz bu nəhəng İslam aliminin tarixi çağırışına müsəlman ümməti əsla biganə qalmayacaqdır. Axı Gəncədə məzlumcasına qətlə yetirilən körpələrin Yəmən, Fələstin, Suriya və sair İslam coğrafiyasında bombalanaraq öldürülən uşaqlardan heç bir fərqi yoxdur. Odur ki, İslam ümmətinin Qarabağ harayını bütün dünya duymalı və eşitməlidir. Qoy İslam dünyası bir, müsəlman torpaqları azad və şəhidlərimizin ruhu şad olsun".
Hacı Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan həbsxanası.
19.10.2020"