Tale Bağırzadə Azərbaycan xalqını təbrik etdi

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Qarabağ müharibəsi yekunları ilə bağlı Azərbaycan xalqını təbrik edib.

 

Tale Bağırzadənin bu barədəki mövqeyi rəsmi facebook səhifəsində yayımlanıb.

 

Operativ.tv Tale Bağırzadənin fikirlərini olduğu kimi təqdim edir:

 

"Əziz xalqımızı, dövlətimizi, xüsusi ilə müzəffər və şanlı ordumuzu bu böyük qələbə münasibəti ilə təbrik edir, ağılasığmaz fədakarlıqlar nümayiş etdirərək canlarından keçən şəhidlərimizin ruhları qarşısında baş əyir, dəyərli qazilərimizi ürəkdən salamlayıram. İnşallah, bir millət, dövlət olaraq zəfərin ardını gətirməli, əziz Qarabağımızı tamami ilə azad etməliyik. Əlbəttə ki, bu böyük qələbəni göz bəbəyi kimi qorumalı, mənfur və hiyləgər düşməni, onun havadarlarını ciddi nəzarətdə saxlamalıyıq.

Əziz və böyük millətim! Qələbə sənə necə də gözəl yaraşır. Varlığına bürünmüş şəhadət libası necə də möhtəşəmdir. Uca Rəbbimiz xalqımızı, dövlətimizi bütün şər qüvvələrdən qorusun".
Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan həbsxanası.
10 Noyabr 2020 ci il".