Tale Bağırzadə: "Bu davranış əsarət və zülmlə idarə olunmanın göstəricisidir

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə həbsdə aclıq edən Saleh Rüstəmli və ona dəstək üçün etiraz edən Tofiq Yaqublunun zorakılığa məruz qalmasına etiraz edib. O özünün rəsmi facebook səhifəsində mövzu ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Demokratiya düşüncəsinin növbəti dəfə hakimiyyət tərəfindən əzilməsi mövcud rejimin siyasətinin əsl siması olaraq nümayiş olundu. Bütün tənqid, etiraz və tələblərə baxmayaraq davranışlar nəinki dəyişmir, əksinə, hətta daha sərt yön alaraq artmaqda davam edir. Bu günlər Qarabağ qazisinin ölümlə mücadiləsi vicdanlı hər kəsin varlığını silkələyən bir hadisə haqlı olaraq narahatlıqla qarşılanmaqdadır. Saleh Rüstəmlinin azadlıq haqqı olduğu mücadiləsində ona dəstək olanlara qarşı qəddar davranış isə heç bir normativə sığmır. Xüsusi olaraq Tofiq Yaqublunun amansızlıqla zorakılığa məruz qalması bir daha qorxu siyasətini insanların idarə olunması üzərində hədəf bilən hakimiyyətin xalqa qarşı yarıtmaz siyasətinin təzahürüdür. Bu vəhşi davranışın nümayişkaranə şəkildə cəmiyyətə təqdimatı isə bir daha xalqın əsarət və zülmlə idarə olunmasını göstərir.
Biz, bu günlərdə aclıqda mücadilə aparan Saleh Rüstəmliyə azadlıq tələb edir və onun hüquqlarını müdafiəyə qalxan Tofiq Yaqubluya qarşı vəhşi davranışı tənqid edirik. Bütün bunların isə xalqın yalnız və yalnız niftərətinə səbəb olacağını bir daha bəyan edirik".
Tale Bağırzadə.
Qobustan həbsxanası.
3 dekabr 2021.