Tale Bağırzadə: Rüfət bəyi heç bir qayda qanun tanımayan rejimin çirkin dilindən və əlindən qoruyaq

Müsəlman Birliyi Hərəkatını sədri Tale Bağırzadə hüquq müdafiəçisi, Müdafiə Xətti təşkilatının həmsədri Rüfət Səfərov haqqında olan düşüncələrini ona məxsus sosil media üzərindən paylaşıb.
 
Rüfət Səfərov, Azərbaycan ictimai - siyasi həyatında illərdir mübarizəsini heyranlıqla izlədiyim, ölkəmizdə nümunəsinə az rastgələbiləcəyimiz son dərəcə cəsarətli, savadlı və fədakar bir şəxsiyyət!
Rüfət bəyin qiyamla yoğrulan həyat hekayəsini mərhələli şəkildə araşdıraraq onun həbsxana öncəsi, həbsxanada və həbsxanadan sonrası inqilabi duruşunu nəzərə aldıqda, qətiyyətlə deyə bilərik ki, fərdi mübarizədə Rüfət bəy öz özlüyündə bir inqilabdır.
Əziz həmvətənlərim, Rüfət bəyi heç bir qayda qanun tanımayan rejimin çirkin dilindən və əlindən qoruyaq.
Uca Rəbbimiz millətimizi qorusun!
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, Qobustan həbsxanasından.
02. 06. 2022