Təbrizdə şəhid ilahiyyatçı barəsində çəkilən "Şəhid Maarifim" adlı ilk klipin təqdimatı keçiriləcək VİDEO

Operativ.tv Giperssilka.ru-ya istinadən xəbər verir ki, mayın 21-də Əl-Mustafa Beynəlxalq İslam Akademiyanın Təbriz nümayəndəliyinin tələbəsi, İkinci Qarabağ müharibəsi şəhidi ilahiyyatçı Şəhid Maarif Səfərovun 25 yaşı tamam olur. Bu münasibətlə Şəhid İlahiyyatçının tələbə yoldaşları klip hazırlayıblar. 

Çəkilişləri Təbrizin "Rəhmət vadisi" şəhidlər xiyabanında çəkilən klipin bütün yaradıcı heyəti şəhid Maarifin tələbə yoldaşlarıdır. Beləki, "Şəhid Maarifim" adlı mahnının sözləri ilahiyyatçı Seyyid Ruslan Seyyidova, ifa isə Əhli-beyt (ə) məddahı, ilahiyyatçı Rəhman İmanlıya aiddir. Musiqisi hər iki tələbənin birgə səyləri ilə yazılan layihənin təqdimatı isə mayın 21-də şəhidin təhsil aldığı mədrəsədə baş tutacaq. Katib.info-ya layihə rəhbəri və klipin rejissoru Mehdi Fərəcin verdiyi məlumata əsasən klipin təqdimatının Şəhidin mövlud günü 21 may 2022-ci ildə təhsil aldığı Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz nümayəndəliyində təqdimatının keçirilməsi gözlənilir. Şəhid Maarifin xatirəsinə təşkil olunacaq anım mərasimində yeni klipin təqdimatı ilə yanaşı Şəhidin ustadlarının, tələbə yoldaşlarının çıxışlar etməsi, onun xatirəsinə ithaf olunmuş şeirlərin səsləndirilməsi planlaşdırılır.