Təbrizlilər iğtişaşlarda öldürülən təhlükəsizlik işçisini dəfn ediblər

Təbrizlilər “Bəsic” qüvvələrinin iğtişaşlarda öldürülən üzvünü dəfn ediblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu gün Təbriz şəhəri izdihamlı dəfn mərasiminin şahidi olub.

Hüseyn Ocaqi adlı təhlükəsizlik işçisi bu gün şəhər əhalisinin, dövlət adamları və təhlükəsizlik qüvvələrinin iştirakı ilə dəfn edilib.

Qeyd edək ki, Hüseyn Ocaqi son iğtişaşlarda Təbrizdə öldürülən ilk şəxsdir.

Qeyri rəsmi məlumata görə, İranda son bir həftənin etiraz, iğtişaş və toqquşmalarında hər iki tərəfdən 20-dən çox insan ölüb.