Tehranın meri: Paytaxtdakı iğtişaşlarda 43 avtobus və 54 dayanacaq ciddi ziyan görüb

“Son günlərdə paytaxtdakı iğtişaşlarda 43 avtobusa və 54 dayanacağa ciddi ziyan vurulub.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Tehran şəhərinin meri Əlirza Zakani deyib.

O, son günlərin iğtişaşlarında ümumilikdə 43 avtobusun ziyan gördüyü və 54 avtobus dayanacağının ciddi xəsarər aldığını qeyd edib.

Xatırladaq ki, bundan öncə İranın müxtəlif şəhərlərində iğtişaşçılar tərəfindən 61 təcili tibbi yardım maşınının yandırıldığı və ya ciddi ziyan dəydiyi bildirilmişdi.

İran rəsmiləri hələ bu iğtişaşların vurduğu maddi ziyanın yekununu açıqlamayıblar.

Qeyd edək ki, Məhsa Əmininin polis idarəsində ölümündən sonra başlayan etirazlar az keçməmiş iğtişaşlara və polislə toqquşmalara səbəb olub. İndiyə qədər hər iki tərəfdən 20-dən çox insanın öldüyü bildirilir. İran polisi iğtişaşı idarə edənlərdən onlarla şəxsi ələ keçirdiyini bildirib.